Rüsvayedici məlumatlar yayacağı ilə qadını şantaj etdi - Tutuldu

1 İyun 2017 12:40 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 31-də Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini E.S(qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.