Vərəm xəstələrinə müavinətlərin verilmə qaydası dəyişilir

1 İyun 2017 15:19 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

İclasda bildirilib ki, vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə verilən müavinətlər bundan sonra nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, indiyədək qanunda müavinətlərin hansı formada ödənilməsi qeyd edilməmişdi.

AzNews.az