Tramp viza şərtlərini sərtləşdirdi - "Facebook"dakı paylaşımlar yoxlanılacaq

1 İyun 2017 15:42 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yoxlamaya sosial media məlumatlarının da araşdırılması daxil edilib.

Belə ki, viza üçün müraciət edən şəxslərin son 5 ildə sosial mediyadakı, o cümlədən, "Facebook", "Twitter", "İnstagram" kimi sosial şəbəkələrdəki fəaliyyəti araşdırılacaq. Bundan əlavə, şəxsin 15 il əvvələ qədər olan tərcümeyi-halı da tədqiq olunacaq.

Tənqidçilər qeyd ediblər ki, bu, hüquqi proseslərin ləngiməsinə səbəb olacaq və Amerika Birləşmiş Ştatlarına gəlmək istəyən beynəlxalq tələbələri, həmçinin, alimləri həvəsdən salacaq.

Bəxtiyar Abbasov

AzNews.az