Bu avtomobillər cərimə meydançasına aparılacaq

1 İyun 2017 15:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Açıqlamada deyilir ki, yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq: “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzrə istəyir, mövsümün ən baxımlı "Formula-1" yarışının ərsəyə gəlməsində göstərdiyi əvəzolunmaz dəstəyə görə dərin minnətdarlığını bildirir.

Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirir. Hazırda trek ətrafında təhlükəsizlik baryerlərinin, əlavə qoruyucu hasarların və tribunaların quraşdırılması işləri və həmçinin trek boyunca asfalt örtüyündə təmir-bərpa işləri aparılır. Şəhərin mərkəzi küçələrində nəqliyyatın və piyadaların hərəkətində fasilələrin yaranmaması üçün işlər adətən gecə saatlarında həyata keçirilir”.

AzNews.az