Məmmədyarov Kosta Rikaya getdi

1 İyun 2017 15:59 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Hökuməti və Kosta Rika Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans 19-20 oktyabr 2015-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olub.