Əziz Orucovun barəsində cinayət işi açıldı

1 İyun 2017 16:37 (UTC+04:00)

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Hazırda Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır.

AzNews.az