SOCAR bu il ərzində ixrac etdiyi xam neftin qiymətini və miqdarını açıqladı

1 İyun 2017 20:00 (UTC+04:00)

AzNews.az Socar-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 573 min 838 ton, Supsa limanından 1 milyon 139 min 45 ton, Ceyhan limanından 6 milyon 697 min 67 ton xam neft ixrac edilib.

Ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 50,43 dollara, Urals nefti 49,40 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,55 dollara satılıb.