Rusiya Türkiyə pomidorlarına qarşı sanksiyaların müddətini uzadıb

1 İyun 2017 21:53 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə pomidorlarının yaxın 3 il ərzində Rusiyaya göndərilməsi qadağan olunub.

Xatırladaq ki, 2015-ci ilin noyabrında hava məkanına pozduğu üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.