Kabildə partlayış zamanı ölənlərin sayı artıb - 100 nəfər

1 İyun 2017 22:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, ötən gün prezident sarayı və səfirlik binaları yaxınlığında güclü partlayış törədilib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.