Səudiyyə Ərəbistanında güclü partlayış baş verdi

1 İyun 2017 22:41 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, minalanmış avtomobil partladılıb.

Partlayış nəticəsində Səudiyyə Ərəbistanı hakimiyyətinin axtardığı 2 hərbçi ölüb. Onlar terror hadisəsi törətməkdə şübhəli bilinirdilər.

Partlayışdan öncə hərbçilər atəş açmağa başlayıb. Yaxınlıqda olan avtomobildəki turistlər qaçıb canlarını qurtara biliblər.