Yol polisi cərimə yazmaq əvəzinə uşağın həyatını xilas etdi - Video

1 İyun 2017 23:18 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Lənkəran ərazisində yol hərəkəti qaydasını pozan Fikrət Tağıyev, yol polisi, baş serjant Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb. Sürücü, fiziki qüsurlu olan nəvəsinin sudurğa keçirdiyini bildirib. Uşağın həyatını xilas etmək üçün cərimə yazmayan polis onlara yardım əlini uzadıb. DYP əməkdaşı patrul maşını ilə həmin avtomobilin qarşısına keçərək onu müşayiət edib və tez bir zamanda xəstəxanaya çatdırılmasına çalışıb.

Xeyirxaq yol polisi Hüseynov Mahiyəddin, tibbi yardım göstərilən uşaq özünə gələnə qədər xəstəxananı tərk etməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib. Xeyirxah inspektor DYP rəhbərliyi tərəfindən mükafatlandıracaq.