Tramp qərar verdi: ABŞ İqlimə dair Paris sazişindən çıxdı

2 İyun 2017 09:45 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki , Donald Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında ABŞ-ı cəzalandırmaq üçün imzalanmış heç bir sazişdə yer almayacaqlarını bəyan edib.

Biz ABŞ biznesi, işçiləri və vergi ödəyiciləri üçün daha sərfəli şərtlərlə yeni sazişlərə qoşulmaq niyyətindəyik.

Avropa Birliyi Trampın bu qərarını dünya üçün “kədərli gün” adlandırıb.

2015-ci ildə imzalanan İqlimə dair Paris sazişi bu sahə üzrə əldə olunan ilk beynəlxalq razılaşmadır. 194 ölkənin imza atdığı bu razılşamanın əsas məqsədi dünyadakı qlobal istiləşmənin qarşısının alınmasıdır.