“Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib” - Nazir

2 İyun 2017 10:10 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

S.Müslümov bildirib ki, Azərbaycan əhalisinin əmək və sosial təminat hüqüqları ölkə Konstitusiyasında öz əksini tapıb, bu hüquqların həyata keçirilməsi üçün fundamental əsasları təsbit olunub və geniş qanunvericilik bazası yaradılıb.

Nazir vurğulayıb ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: “İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb”.

S.Müslümov əlavə edib ki, hazırda sosial sahədə 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilir.

AzNews.az