82 yaşında ilk dəfə tatu etdirdi- FOTO

2 İyun 2017 10:41 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Linkolnşir qraflığının sakini dünyasını dəyişən ərinin adını biləyinə həkk elətdirib.

Onun əri Derrik 2001-ci ildə dünyasını dəyişib.

Məlumata görə, Brayt Derrik ilə 13 yaşı olanda tanış olub. Bir-birinə aşiq olan cütlük 53 il birgə ömür sürüblər. Braytı tatu salonuna onun qız nəvəsi Naomi aparıb. Brayt, iddialara görə, 79 yaşlı rəfiqəsi ilə bəhsə girib. Rəfiqəsi biləyinə lalə təsviri həkk etdirdikdən sonra o da oxşar addım atmağa qərar verib.

Bəxtiyar Abbasov

AzNews.az