Sürücülərə bəd xəbər- Şamaxı yolu bağlandı

2 İyun 2017 12:31 (UTC+04:00)

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin AzNews.az-a verdiyi məlumata görə, sözü gedən avtomobil yolunun bağlanmasına səbəb dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirməsidir:

“Yolun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsi müvəqqəti bağlanıb. Əraziyə dərhal “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub. Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub.”

Anar Nəcəflinin sözlərinə görə, təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib: “Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyəyn hissəsi sel sularından ziyan görüb. Hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.”

Bahar RÜSTƏMLİ

AzNews.az