Mağazanın dam örtüyünü sökdü - Pul oğurladı

2 İyun 2017 12:07 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.