Narkotiklə tutuldu

2 İyun 2017 12:43 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Turqut Mikayılovdan 0,17 qram marixuana götürülüb. Ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub və ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilərək götürülüb.