51 yaşlı qadın bacıları tərəfindən döyüldü

2 İyun 2017 14:36 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1966-cı il təvəllüdlü Ağayeva Məhəbbət Əli qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

M. Ağayevanın bildirdiyinə görə, o, iki bacısı tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az