"Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq" - Məhəbbət Vəliyeva

2 İyun 2017 18:10 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, məktəbdə təmir işləri başa çatmaq üzrədir və yaxın günlərdə təhsil ocağına müvafiq avadanlıq gətiriləcək. Avqustun sonu-sentyabrın əvvəllərində məktəb əvvəlki şagird və müəllimləri qəbul etməyə tam hazır olacaq.

İdarə müdiri vurğulayıb ki, yeni tədris ilində məktəb tam qüvvəsi ilə işə başlayacaq. M. Vəliyeva əlavə edib ki, məktəbin təmirdə olmasına baxmayaraq, bu günə kimi təlim min kənarda qalmayıb, müəllimlər peşəkar səviyyədə işlərini davam etdiriblər: "Sentyabrdan məktəbin köçürülməsinə başlanacaq. Bu gün 20 nömrəli məktəbin müəllim və valideynləri ilə görüş keçirilib, məktəbin köçürülməsi məsələləri ilə bağlı müvafiq tövsiyələr verilib. 20 nömrəli məktəb-liseydə 3 minədək şagird təhsil alır. Bu il I sinfə şagirdlərin qəbulunu elektron sistemlə həyata keçirmişik. Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, Rus bölməsinə isə 8 sinif daxil olmaqla 238 şagird qəbul edilib. Rus bölməsində artıq şagird qəbulu dayandırılıb, amma Azərbaycan bölməsinə bu ayın sonuna kimi qəbul davam edəcək".