Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır

2 İyun 2017 18:19 (UTC+04:00)

AzNews.az Azəravtoyol ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.