Nalbandyan Gürcüstana niyə gedir?

9 Fevral 2013 23:59 (UTC+04:00)


Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan sabah Gürcüstana səfərə gedəcək. AzNews.az-ın Ermənistan mətbuatına istinadən xəbər verir ki, Şərq Ortaqlığı Xarici İşlər Nazirləri Konfransına qatılmaq üçün bu ölkəyə yollanır. Səfər çərçivəsində Nalbandyan bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Orxan
AzNews.az