Xələf Xələfov Türkmənistanın xarici işlər naziri ilə görüşdü

2 İyun 2017 22:53 (UTC+04:00)

AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edildi və iki ölkənin bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulanıb.

Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil olduğunu xüsusi vurğulayıblar. Iki ölkə arasında olan mehriban qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd olunub. İkitərəfli əməkdaşlığın inkişafı konteksində xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsi vurğulanıb.

Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin göstərildiyi məmnunluqla qeyd olunub. Eyni zamanda, X.Xələfov Ermənistanın işğal etdiyi ərazilərimizdə apardığı qeyri-qanuni iqtisadi fəaliyyətə dair məlumat verib, belə fəaliyyətə qarşı birgə addımların atılması və əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.