Duracaq və qarajların əsasnaməsinə dəyişiklik edildi

2 İyun 2017 23:31 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə görə, "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 1.2-ci bəndinin üçüncü abzasından "və parklanması" sözləri çıxarılıb.

Bu dəyişiklik edilən qədər qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab edilirdi.

Yeni dəyişikliyə görə isə qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab ediləcək. Yəni artıq qaraj parklanma adlandırılmayacaq.

Yeni dəyişiklik iyul ayının 1-dən qüvvəyə minir.