Bakıda 49 yaşlı kişi arterial damarını kəsərək intihar edib

3 İyun 2017 11:44 (UTC+04:00)

AzNews.az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Azər Abdullayev yaşadığı evdə boyun nayihəsindəki arterial damarını kəsib.

Yaxınları onu xəstəxanaya çatdırsalar da, A.Abdullayev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.