“Juventus Stadium”un adı dəyişdirilir

3 İyun 2017 12:53 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yeni arena tikilən zaman klub rəhbərliyi meydançaya advermə hüquqlarını “Sportfive” şirkətinə 75 milyon avroya satıb. Klub rəhbərliyi tikinti işlərinə sərf olunan xərci azaltmaq üçün belə bir addım atıb. Meydançanın adı 2023-ci ilə qədər belə adlandırılacaq.

“Alianz” ailəsindən olan futbol meydançaları ilk dəfə Almaniyanın Münhen şəhərində 2005-ci ildə tikilib. Stadion Bundesliqa təmsilçisi “Bayern Munich”ə məxsusdur. Bundan başqa London, Nis və Vyana şəhərlərində də eyniadlı stadionlar var.

Bəxtiyar Abbasov

AzNews.az