Abdulrəhim Hacıyevə prezident təqaüdü verildi - Sərəncam

3 İyun 2017 16:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Abdulrəhim Mövlud oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.