Nazirlərin iştirak etdiyi dəfn mərasimində partlayış törədildi - Fotolar

3 İyun 2017 17:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb. Qəbiristanlıqda baş verən partlayış Kabildə etirazlarda həlak olan Əfqanıstan parlamentinin yuxarı palatasının üzvü Səlim İzadiaranın oğlunun dəfni zamanı törədilib. Hadisə zamanı 20 nəfər ölüb, 87 nəfər yaralanıb. Dəfn mərasimində Əfqanıstanın Xarici İşlər Naziri Salaxuddin Rəbbani və Baş nazir Abdulla Abdulla da iştirak edib. Partlayış zamanı onlar xəsarət almayıb. Hadisənin terror hadisəsi olduğu bildirilir.