Millimiz növbəti dəfə dünya çempionatına vəsiqə qazanıb

3 İyun 2017 19:26 (UTC+04:00)

"Report" xəbər verir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0.

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək.

AzNews.az