Yaponiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb

3 İyun 2017 22:15 (UTC+04:00)

AzNews.az Kyodo agentliyinə istinadən xəbər verir ki, polisin məlumatında bildirilir ki, qəza dağlıq ərazidə baş verib. Toyama aeroportundan səmaya qalxan təyyarə bir saat sonra Matsumoto aeroportunda yerə enməli idi. Onun göyərtəsində 4 nəfər olub. Sərnişinlərin hamısı ciddi xəsarət alıb. Onlardan ikisi huşsuz vəziyyətdədir.