“Yuventus-Real Madrid” oyunu zamanı 1500 azarkeş yaralanıb - Yenilənib (Video)

4 İyun 2017 18:27 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, final oyunu zamanı Ronaldonun qol vurmasından sonra çaxnaşma düşüb. Şahidlkərdən birinin sözlərinə görə azyaşlıladan biri petarda partladıb. Nəticədə insanlar ekrana doğru sıxlaşmağa başlayıblar. İnsanlar qaçaraq, bir-birini itələməyə başlayıb.

1500-dən çox azarkeş yaralanıb. Həkimlərin sözlərinə görə onlardan üçünün vəziyyəti ağırdır. Bir qadın reanimasiyaya yerləşdirilib, azyaşlılardan biri isə ağır kələ-beyin travması alıb.

Hazırda hüquq-mühafizə orqanları video-yazılar vasitəsilə baş verən hadisənin səbəblərini araşdırır. Ehtimallara görə insanlar baş verə biləcək terror aktından hürküblər.

***

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus-Real Madrid” finalına Turində San-Karlo meydanında fan-zonada tamaşa edən azarkeşlər arasında çaxnaşma düşüb.

Kardifdə baş tutan oyun Yuventusun 4-1 hesablı məğlubiyyəti ilə başa çatıb. Realın 3-cü qolundan sonra San-Karlo meydanında fişəng partlayıb. Nəticədə oyunu böyük ekrandan izləyən 20 min azarkeş arasında çaxnaşma düşüb.

600 azarkeş yaralanıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Digər versiyaya görə isə, insidentə səbəb metal qapıların səkiyə düşməsi olub.

200 injured in Juventus fan panic after bomb scare https://t.co/QYJEQtLY3Q pic.twitter.com/skDS3A1cRk

— AFP news agency (@AFP) 3 июня 2017 г.