Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı ilə bağlı vəziyyəti araşdırır

4 İyun 2017 11:41 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətinin məlumatında deyilir:

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.