Sərxoş halda körpüdən yıxılıb yaralandı - Göygöldə

4 İyun 2017 12:50 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Xəqani kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Asif Xanlar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Xəlilov sərxoş vəziyyətdə kəndin yaxınlığında olan körpüdən yıxılaraq ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.