“İntihar etməyə gedirəm” yazıb yoxa çıxan uşağın meyiti tapıldı

4 İyun 2017 13:50 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, uşağın meyiti batdığı ehtimal olunan yerdən təxminən 3 km aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvi verilib.

Xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” yazaraq yoxa çıxmışdı. Uşağın ayaqqabısının bir tayı evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalının yanında tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunurdu və elə o vaxtdan da Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunaraq intensiv axtarışlar aparılırdı.