Qəzada ölən MTRŞ əməkdaşı bu yaxınlarda baba olubmuş

4 İyun 2017 15:47 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Toğrul Mirzəzadənin 2 qız övladı var. Yaxınlarının sözlərinə görə, əslən Cəlilabad rayonundan olan Toğrul Mirzəzadənin ailəsində bu günlərdə çox əlamətdar hadisə qeyd olunub.

“Toğrul Mirzəzadə çox ailəcanlı insan idi. Ailəyə, uşaqlara çox bağlı idi. Düzdü, o qədər də çox yaşı yox idi. Amma övlad toyu görməyi Allah qismət etmişdi. Hətta, bu yaxınlarda nəvəsi dünyaya gəlmişdi. Gənc yaşda baba olmağına çox sevinirdi”

Qeyd edək ki, Toğrul Mirzəzadə Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı,

Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin əməkdaşı olub. O, 2015-ci ildən MTRŞ-da çalışıb.