AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hazırda terrorçuların birinin evində axtarış aparılır.
Xatırladaq ki, ötən gün Londonun mərkəzində, körpüdə terrorçular avtomobili piyadaların üzərinə sürüb, daha sonra Boro bazarının yaxınlığında bıçaqla insanlara xəsarət yetirməyə başlayıblar. Hadisə nəticəsində 7 nəfər ölüb, 50 nəfər yaxın isə müxtəlif dərəcəli xəsarət alıb.