16 yaşlı qız intihara cəhd etdi - Göyçayda

4 İyun 2017 20:27 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə sirkə turşusu içib.

Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanadan "Report"a verilən məlumata görə, Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.