Stallone ilə Şvartsneggerin bu fotosu söz-söhbətə səbəb oldu - Foto

4 İyun 2017 22:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Stallone İnstagram hesabında Arnoldla birgə çəkdirdiyi fotosunu paylaşıb. Onlar çox sevincli görünürlər. Baxmayaraq ki, Arnoldun qucağında yırtıcı timsah var.

Heyvan artıq yeni sahibinə çatıb. Əldə olunan gəlirsə xeyriyyəyə xərclənib.

Sosial şəbəkə istifadəçiləri onların çox yaxşı fiziki formada olduqlarını vurğulayıblar. Bir çoxları isə onların nə vaxtsa bir-birinə bəslədiyi düşmən münasibətlərini də xatırladıb.Digərləri isə hələ də onlar arasında aqressiv münasibətlərin olduğuna inanmır.