London terroruna görə "İŞİD" məsuliyyəti öz üzərinə götürüb

5 İyun 2017 09:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə bir bəyanatla terror təşkilatı nəzarəti altında olan "Amaq" informasiya agentliyi vasitəsilə çıxış edib:

“Dünən Londondakı hücumu “İslam Dövləti” döyüşçüləri həyata keçirib.”-yayılan bəyanatda belə deyilir.

Şənbə günü axşam saatlarında bir qrup silahlı şəxs mikroavtobusla yüksək sürətlə London körpüsündə səkiyə çıxaraq yolla gedən insanları əzməyə başlayıb. Onların hamısı hadisə yerinə çatan bir nəfər polis əməkdaşı tərəfindən məhv edilib.