54 yaşlı kişi özünü asdı

5 İyun 2017 10:42 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, UPD qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məhəmmədəli Muxtar oğlu Nağıyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az