Bakıda dəhşət - Bardan evə gətirdiyi qadınla...

5 İyun 2017 11:07 (UTC+04:00)

Lent.az-ın əldə etdiyi məlumata görə, NZS qəsəbəsində Vorabey Sergey Nikolayeviçə məxsus evdən 30-35 yaşlı qadının meyiti tapılıb. Məlum olub ki, ev sahibi gecə şəhərin mərkəzində yerləşən barlardan birində həmin qadınla tanış olub və birgə yeyib-içiblər. Sonra onlar S.Vorabeyin evinə gəliblər. Burada qadınla ev sahibi arasında mübahisə yaranıb və o, qonağını itələyib. Yerə yıxılan gənc qadının boyunu sınıb və hadisə yerindəcə keçinib.

Hadisəni törətmiş şəxs ölən qadının adını dəqiq bilmədiyini deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az