Balakəndə zəlzələ - 4 bal

5 İyun 2017 11:49 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla saat 11:20-da Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində maqnitudası 3.8 olan zəlzələ qeydə alınıb. Dərinliyi 4 km olan zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.