DİN tanınmış vəkilin ölümü ilə bağlı rəsmi məlumat yaydı

5 İyun 2017 12:35 (UTC+04:00)

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.