Real-Madrid şou göstərdi

10 Fevral 2013 20:40 (UTC+04:00)



Turun ilk matç günündə beş qarşılaşma reallaşıb.

Səfərdə "Valensiya" "Selta"nı tək, "Malaqa" "Levante"ni 2, "Deportivo" isə "Qranada"nı 3 qolla üstələyib.

Gecənin ən böyük hesablı matçı "Real" - "Sevilya" arasında baş tutub. "Kral klubu" Benzemanın bir, Kriştiano Ronaldonun isə het-triki sayəsində meydandan qalib ayrılıb. Qonaqların yeganə qoluna 87-ci dəqiqədə Moral imza atıb - 4:1.

Qeyd edək ki, İspaniya La Liqasının 23-cü turunun digər oyunları bu gün və sabah keçiriləcək.