“Əl-Cəzirə” kanalının yayımı dayandırıldı

5 İyun 2017 14:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Qətəri terrorizmə dəstək verməkdə ittiham edir.

Vəziyyətlə əlaqədar iki ölkə arasında diplomatik əlaqələr də dayandırılıb.

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn və Yəmən də Qətərlə diplomatik əlaqələri dayandırdıqlarına dair açıqlama veriblər.

Ərəb hökumətləri qətərli diplomatların ölkədən çıxması üçün onlara 48 saat vaxt verib.

Bəxtiyar Abbasov

AzNews.az