Marneulidə avtobus avtomobillə toqquşdu - yaralılar var (Foto)

5 İyun 2017 20:53 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Tiflis-Marneuli marşurutu ilə işləyən mikroavtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində azı 2 nəfər xəsarət alıb. Məlumata görə, marşrut avtobusunun sərnişinləri arasında Marneulidə yaşayan azərbaycanlılar da olub. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

İlkin versiyaya görə, sürətlə hərəkət edən “Lexus” markalı minik avtomobili qəflətən mikroavtobusun qarşısına çıxıb.

Faktla bağlı araşdırma aparılır.