“Harley-Davidson” motosikletlərini geri çağırdı- 57 min ədəd

6 İyun 2017 11:58 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bir sıra modellərdə qüsurların aşkarlanması olub.

Qüsurlu modellər arasında “Electra Glide Ultra Classic”, “Police Electra Glide”, “Police Road King”, “Road King”, “Road King Special”, “Street Glide”, “Street Glide Special”, “Road Glide “ və “Road Glide Special” modelləri yer alır.

Bu modellərin yağ borusunda sızma var. Qüsurla əlaqədar arxa təkərin üzərinə yağ tökülür. Qüsur artıq iki qəzaya səbəb olub. Sözügedən modellər ötən ilin iyul ayından bu ilin may ayına qədər olan dövrdə istehsal olunub.

“Harley-Davidson”un pərrakəndə satışlardan əldə olunan gəlirləri ilin birinci rübündə 14 faiz aşağı düşüb.

Bəxtiyar Abbasov

AzNews.az