Rusiya “AŞPA”nın pulunu kəsdi - 11 milyon avro

6 İyun 2017 12:37 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin dondurulan məbləğin 11 milyon avro təşkil etdiyini açıqlayıb.

“Maliyyələşdirmə il ərzində müəyyən mərhələlərlə ödənilir. İlin sonuna pulun üçdə bir hissə qalıb. Pulun bu hissəsi köçürülməyib” – deyə Volodin qeyd edib.

Volodin, eyni zamanda, “AŞPA”nın prezidenti Pedro Aqramunta qarşı elan olunan impiçment məsələsinə də aydınlıq gətirib. Pedro Aqramunt Rusiyalı parlament üzvləri ilə Suriyaya səfər edib.

Volodinin qeyd edib ki, Aqramunta qarşı qaldırılan iddiaların arxasında qeyri-demokratik qüvvələr dayanır.

“Bu gözlənilən idi. Onlar bəhanə tapıblar. Onlar Aqramunt Suriyaya səfər etdiyi üçün ona təşəkkür etməlidirlər. O, Suriyada nə baş verdiyini görmək üçün öz həyatı ilə riskə girib”

Bəxtiyar Abbasov

AzNews.az