Rusiya hərbi hava qüvvələri ABŞ qırıcısını tutdu

6 İyun 2017 14:44 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Baltik dənizi üzərində yaşanıb.

Rusiyalı rəsmilər bildiriblər ki, ABŞ-a məxsus qırıcı Rusiyanın hava sərhədlərinə yaxınlaşdığı üçün ona qarşı müdaxilə qərarı alınıb.

Rus qırıcısı “çağırılmamış qonağ”a yaxınlaşaraq qırıcının strateji bombardmançı olduğunu müəyyən edib və təyyarə sərhədlərdən uzaqlaşana qədər onu müşayiət etməyə başlayıb.

Bəxtiyar Abbasov

AzNews.az