Bakıda avtobuslar toqquşdu - Yaralananlar var + Foto

6 İyun 2017 15:55 (UTC+04:00)

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.

Belə ki, 10-TE-168 qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

AzNews.az