Prezident bu yolun tikintisinə 4,4 milyon manat ayırdı

6 İyun 2017 18:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması üçün 1,8 milyon manat, şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisinin başa çatdırılması üçün 2,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.